İlk Və Son

İlk Və Son a song by Orkhan Zeynalli on Foxsoundi — Free Music, Smart Streaming for Everyone

İlk Və Son by Orkhan Zeynalli

İlk Və Son Lyrics

[00:25.09] Səmadan ulduz axanda ilk dəfə arzu tutmaq
[00:28.03] Qələmin pıçıltısını bəyaz kağıza qatmaq
[00:31.07] Düşünmədən - sabah nə olacaq, daha kim gedəcək?
[00:34.06] Görəsən, mən qabağa getdikcə dala kim gedəcək?
[00:36.95] İlk dəfə danışmaq həyatını tanımadığın birinə
[00:39.93] Onsuz da tanıyanlar da başa düşmədən dinləyir
[00:42.95] Tərbiyə etmək həqiqətdən qorumadığın dilini
[00:45.95] İlk dəfə tərifləmək ətrafı bəlkə düşmənlər dinləyir
[00:48.70] 11-ci mərtəbədən dumanlı, bəyaz şəhər
[00:51.77] İlk dəfə plan qurmaq - birdən açılmazsa səhər
[00:54.58] Soyuqla mən dostam, bir günlük sən də dost ol
[00:57.62] İlk dəfə yazdığım vərəqlərə çoxdan toz dolub
[01:00.48] Bu gözlər hərdən boz olur, hərdənsə öz rəngi
[01:03.35] Əynimdəki bəyaz köynəyə yaraşır söz rəngi
[01:06.42] Danışmaq istəyirəm səhərə qədər uzun cümlələrlə
[01:09.44] Xoşbəxtlik, 1 saatdır, qapıda dayanıb vurur zəngi
[01:14.42] İlk dəfə sevmək
[01:17.28] Həyatdan bixəbər
[01:20.30] Unudaraq hər şeyi
[01:22.80] Uçuram ulduzlara
[01:26.19] İlk dəfə sevmək
[01:29.13] Həyatdan bixəbər
[01:32.14] Unudaraq hər şeyi
[01:34.69] Uçuram ulduzlara
[01:35.95] Son dəfə qucaqlamaq sevgini sinədə boğana qədər
[01:39.64] Gəzmək yağış altda son damla yağana qədər
[01:42.61] Son dəfə qışqırmaq bütün şəhər eşitsin qoy
[01:45.79] Durmadan səmaya baxmaq ilk şimşək çaxana qədər
[01:48.53] Son dəfə mahnı yazmaq ilk dəfə şən notlarla
[01:51.69] Həyat klassik bir musiqi - dəyişən notlarla
[01:54.36] Son dəfə dərddən danışmayıb sevinək bəlkə?
[01:57.22] Yaralar körpü yaradıb dost və yadlarla
[02:00.22] Son dəfə yaratmaq ölməz daha bir neçə mahnı
[02:03.22] Bir neçə söz ki əbədi qalacaq, sən getsən bir gün
[02:06.39] Son dəfə doğmalara zəng edib sevgini etiraf etmək
[02:09.38] İşığı söndür və səsimi dinlə gecə vaxtı
[02:12.16] Son dəfə gülərüz olmaq şaxtalı illərdən sonra
[02:15.15] Görəsən, doğrudanmı, ən güclülər güləcək sonda?
[02:17.91] Hər gün yeni hadisələr hər gün yeni tanışlar
[02:21.06] Küləyi buraxım otağa, son dəfə əssin orada
[02:23.91] Son dəfə bağışlamaq hər kəsi və göz yummaq
[02:27.09] Hər kəsi dinləmək və hər kəsdən razı qalmaq
[02:29.87] Dünyanın talehin bircə günlük düşünmədən
[02:32.88] Səmadan ulduz axanda son dəfə arzu tutmaq
[02:36.85] Son dəfə sevmək
[02:39.99] Həyatdan bixəbər
[02:42.93] Unudaraq hər şeyi
[02:45.46] Uçuram ulduzlara
[02:48.87] Son dəfə sevmək
[02:51.72] Həyatdan bi xəbər
[02:54.56] Unudaraq hər şeyi
[02:57.36] Uçuram ulduzlara
[03:00.14]

From the album: Qravitasiya